İyul 12, 2020 08:12 Asia/Baku
  • Trampın ləyaqətsizliyinin əvəzini ödəməkdəyik

ABŞ prezident seçkiləri namizədlərinin höcətləşmələrinin davamında Co Bayden bir daha öz respublikaçı rəqibinin ləyaqətsizliyinə hücum edib.

SəhərAzeri xəbər verir, ABŞ-ın sabiq vitse-prezidenti bu ölkədə koronavirus epidemiyasının faciəli böhranını xatırladaraq, öz tvitter hesabında belə qeyd edib: Amerikada 3 milyondan çox koronavirus xəstəsi var və 130 min nəfərdən çox insan da həyatını itiribdir.

O, sonra yazıb: İnanılası deyil, Donald Tramp hələ də koronavirusun məhv edildiyindən danışır. Biz hər gün bu prezidentin ləyaqətsizliyinin əvəzini ödəməkdəyik.

Amerika hökumətinin koronavirusa qarşı ləng hərəkətə keçməsi nəticəsində bu ölkə həmin virusa yoluxma və bu virusdan ölənlərin sayı baxımından dünyada birinci yerdə gedir.

Teqlər