ABŞ-da anti-rasist etirazçılara avtomobillə 68 hücum qeydə alınıb
https://azeri.sahartv.ir/news/dünya-i364473-abŞ_da_anti_rasist_etirazçılara_avtomobillə_68_hücum_qeydə_alınıb
Son yeddi həftə ərzində ABŞ-da qaradərililərə dəstək hərəkatının etirazçlarına qarşı avtomobillə 68 hücum qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2020 04:13 Asia/Baku
  • ABŞ-da anti-rasist etirazçılara avtomobillə 68 hücum qeydə alınıb

Son yeddi həftə ərzində ABŞ-da qaradərililərə dəstək hərəkatının etirazçlarına qarşı avtomobillə 68 hücum qeydə alınıb.

SəhərAzeri xəbər verir, mayın 25-dən bəri Amerikada 68 nəfər avtomobillə qaradərililərə dəstək hərəkatının etirazçlarına hücum edib.

Bu hücumlarda etirazçıların bir çoxu yaralanıb və azı bir nəfər həyatını itiribdir.

Bu hücumların bir çoxunu ABŞ-ın polis qüvvələri həyata keçiriblər.

Çikaqo universitetinin araşdırmasına əsasən, anti-rasist etirazçılara qarşı avtomobillə hücum geniş miqyasda yayılıb və əksər vaxtlarda onun səbəbi, qaradərililərlə müxalifət və düşmənçilikdir.

Mayın 25-də Minneapolis şəhərində ağdərili polisin afroamerikalı Corc Floydu qətlə yetirməsinin ardınca ABŞ-ın müxtəlif şəhərlərində, eləcə də Avropa ölkələrində geniş anti-rasist aksiyalar başlanıbdır.