İyul 12, 2020 11:12 Asia/Baku
  • ABŞ-da baş verən atışmada 2 polis əməkdaşı həlak olub

ABŞ-ın Mak-Allen şəhərində (Texas ştatı) baş verən atışmada ən azı 2 polis əməkdaşı öldürülüb.

SəhərAzeri Trend-ə istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyi şəhər polis idarəsinin rəisi Viktor Rodriqesa istinadən bildirib.

Məlumata əsasən, polis əməkdaşları iyulun 11-də günorta saatlarında müraciət üzrə yaşayış binalarından birinə gələndən sonra naməlum şəxs atəş açıb.

Onlar silah yaraları ilə şəhər xəstəxanalarından birinə çatdırılıb və orada öldülər. ABC telekanalının verdiyi məlumata görə, atəş açan şəxs digər polis naryadı gələnə kimi intihar edib. Hadisə üzrə araşdırma aparılır.

Teqlər