İyul 12, 2020 12:10 Asia/Baku
  • Serbrenitsa genosidinin təkrarlanmasına yol verməyək

NATO-nun baş katibi Serbrenitsa genosidinin 25-ci ildönümündə vurğulayıb ki, bu qırğının bir daha baş verməsinə icazə verilməməlidir.

SəhərAzeri xəbər verir, Yens Stoltenberq şənbə günü bir tvitter mesajında yazıb: Serbrenitsa genosidi Avropanın mərkəzində baş verdi. O zamandan bəri 25 il keçibdir və bizim hamımız onu xatırlamağa borcluyuq və bir daha baş verməsinə icazə verməməliyik.

İtaliyanın baş naziri Cüzeppe Konte öz tvitter səhifəsində yazıb: 25 il bundan öncə baş vermiş Serbrenitsa genosidi hələ də Avropa tarixində qaranlıq səhifələrdən biri hesab olunur.

Sabiq Yuqoslaviyada törədilmiş cinayətlərə baxan beynəlxalq məhkəmə müsəlmanlara qarşı bu soyqırımında iştirak etdiklərinə görə, Slobodan Miloşeviç, Raduan Karaciç və Ratko Mladiç daxil olmaqla Serbiya rəhbələrindən bir qrupunu ömürlük həbs cəzasına məhkum etdi.

 

Teqlər