ABŞ gəmisinin göyərtəsində yanğın
https://azeri.sahartv.ir/news/dünya-i364513-abŞ_gəmisinin_göyərtəsində_yanğın
Medialar, o sıradan CNN telekanalı ABŞ-ın cənub-qərbində yerləşən San-Dieqo limanında lövbər salmış bu ölkənin bir hərbi gəmisinin göyərtəsində partlayış və yanğının baş verməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2020 03:57 Asia/Baku
  • ABŞ gəmisinin göyərtəsində yanğın

Medialar, o sıradan CNN telekanalı ABŞ-ın cənub-qərbində yerləşən San-Dieqo limanında lövbər salmış bu ölkənin bir hərbi gəmisinin göyərtəsində partlayış və yanğının baş verməsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, İnformasiya mənbələri bildiriblər ki, “USS Bonhomme Richard” tipli hərbi gəmidə bir neçə partlayış baş verib.

Amerikanın dəniz qüvvələrinə məxsus olan bu gəmidəki partlayış azı on bir dənizçinin yaralanmasına səbəb olub.

Yardım qrupları gəminin göyərtəsinə gələrək, dərhal dənizçiləri boşaltmağa başlayıblar.

Yanğın nəticəsində havanı alov və tüstü bürüyüb.

Hələ “USS Bonhomme Richard” tipli hərbi gəmidə partlayış və yanğının baş verməsinin səbəbi barədə bir məlumat yayılmayıbdır.