İyul 13, 2020 14:25 Asia/Baku
  • Çin ABŞ rəsmilərinə qarşı sanksiya tətbiq edib

Çin hökuməti ABŞ rəsmilərinə, o cümlədən bir senatora qarşı sanksiya tətbiq edib.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Jau Lician bu gün keçirdiyi mətbuat konfransında deyib: "Rəsmi Pekin ABŞ-ın Sincan Muxtar Bölgəsində insan haqları pozuntusu bəhanəsilə hazırkı və keçmiş rəsmiləri və bir orqanına qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq, bu ölkənin bir neçə rəsmisinə qarşı sanksiya tətbiq edib".

ABŞ Xarici İşlər Nazirliyi təkcə Çinə qarşı sanksiyaların təşəbbüskarı kimi tanınan Senatın respublikaçı senatoru Marko Rubionun adına işarə edib və daha ətraflı məlumat verməyib.

Rəsmi Pekin ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi sanksiyaların əvəzini çıxacağı ilə bağlı xəbərdarlıq etmişdi.

ABŞ-ın HonKonq, Sincan və Tayvanın daxili işlərinə müdaxiləsi, həmçinin koronavirusun yayılması ilə bağlı Çini günahlandırması Pekin-Vaşinqton əlaqələrinin keçmişdəkindən daha çox gərginləşməsinə səbəb olub və bu elə bir haldadır ki, ABŞ bu müdaxilələrinə dayandırmaq fikrində deyil.

Teqlər