Nelson Mandelanın qızı müəmmalı şəkildə vəfat edib
Afrikada anti-Aparteid mübarizənin liderinin qızı şübhəli şəkildə vəfat edib.
SəhərAzəri xəbər verir, Cənubi Afrikanın SNBC telekanalının məlumatına görə, Cənubi Afrikada yerləşən Afrika Milli Konqresinin hakim partiyası (ANC) Afrikada anti-Aparteid mübarizənin rəhbəri olan Nelson Mandelanın qızı Zindzi Mandelanın iyunun 13-də Cənubi Afrikanın Yuhannesburq şəhərində yerləşən bir xəstaxanada qəfil ölümündən xəbər verib. Zindzi Mandela da ata-anası kimi irqiçiliklə mübarizə aparırdı.
Yerli media ZindZi Mandelanın ölüm səbəbinin naməlum və hətta şübhəli olduğunu deyirlər.
ANC bu ölümü vaxtsız ölüm adlandırıb və Nelson Mandelanın qızının ölümü barədə daha ətraflı məlumatın sonra və münasib bir zamanda aşıqlanacağını bəyan edib.
ANC Partiyası da bu hadisədən təəssüfləndiyini bildirərək, vurğulayıb: "Zindzi Mandela hələ də Cənubi Afrikanın sosial dəyişikliklərində əsas rolu və bu partiyada hətta daha böyük rol oynaya bilərdi.
Röyters-in verdiyi məlumata görə, Nelson Mandela Fondu, Mandelanın qızının ölümü ilə bağlı açıqlama verməyə dair mediaların müraciətinə heç bir cavab verməyib.
Cənubi Afrikanın Danimarkadakı səfiri olan 59 yaşlı Zindzinin şöhrəti daha çox Nelson Mandelanın Cənubi Afrikanın o zamankı irqçi prezidenti "Pik Buta"nın Hind okeanında yerləşən Ruben adası həbsxanasından azadlığa buraxılmasına dair təklifin rədd edilməsi ilə bağlı tarixi bəyannaməsini qiraət etdiyinə görədir.