Trampın ABŞ torpaqlarını satmaq istəyi məlum olub
https://azeri.sahartv.ir/news/dünya-i364564-trampın_abŞ_torpaqlarını_satmaq_istəyi_məlum_olub
Donald Tramp özünü siyasətçi kimi deyil, iş adamı kimi göstərirmiş. Xüsusilə, o, "adanı satmağı və ya bu aktivdən qurtulmağı" təklif edib. ABŞ Prezidenti Donald Tramp 2017-ci ildə "Mariya" qasırğasından sonra Puerto Rikonu satmağı təklif edirmiş.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2020 22:47 Asia/Baku
  • Trampın ABŞ torpaqlarını satmaq istəyi məlum olub

Donald Tramp özünü siyasətçi kimi deyil, iş adamı kimi göstərirmiş. Xüsusilə, o, "adanı satmağı və ya bu aktivdən qurtulmağı" təklif edib. ABŞ Prezidenti Donald Tramp 2017-ci ildə "Mariya" qasırğasından sonra Puerto Rikonu satmağı təklif edirmiş.

SəhərAzəri Sputnik-ə istinadla xəbər verir, bu barədə "The New York Times" qəzetinə ABŞ-ın daxili təhlükəsizlik naziri vəzifəsini icra etmiş Eleyn Dyuk bildirib.
Onun sözlərinə görə, Tramp özünü siyasətçi kimi deyil, iş adamı kimi göstərirmiş. Xüsusilə, o, "adanı satmağı və ya bu aktivdən qurtulmağı" təklif edirdi.
Lakin Dyuk dəqiqləşdirib ki, sonradan bu ideya bir daha heç vaxt Ağ Evdə qaldırılmayıb.
Puerto Riko ABŞ-dan asılı olan ərazidir, Birləşmiş Ştatların nəzarəti altındadır, lakin onun ayrılmaz bir hissəsi deyil. Adanın əhalisinin ikili – ABŞ və Puerto Riko – vətəndaşlığı var və onların ABŞ prezidentinin seçkilərində iştirak etmək hüququ yoxdur.
"Mariya" qasırğası Puerto Rikonu 2017-ci ilin payızında vurub. Həmin vaxt Tramp adada dağıntılara səbəb olmuş və üç min insanın həyatına son qoymuş təbii fəlakətə reaksiya verməməyə görə tənqid edilib.