Rusiyada koronavirusa yoluxanların sayı 746 mini ötdü
https://azeri.sahartv.ir/news/dünya-i364648-rusiyada_koronavirusa_yoluxanların_sayı_746_mini_ötdü
Rusiyada son bir gündə daha 6 422 nəfərə COVID-19 diaqnozu qoyulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2020 08:00 Asia/Baku
  • Rusiyada koronavirusa yoluxanların sayı 746 mini ötdü

Rusiyada son bir gündə daha 6 422 nəfərə COVID-19 diaqnozu qoyulub.

SəhərAzəri xəbər verir, Report-a istinadla xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 746 369 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 156 nəfər artaraq 11 770-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 523 249 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 628 nəfər.