ABŞ Rusiya ilə bağlı olan üç şəxsi və beş şirkəti sanksiya edib
https://azeri.sahartv.ir/news/dünya-i364679-abŞ_rusiya_ilə_bağlı_olan_üç_şəxsi_və_beş_şirkəti_sanksiya_edib
Amerikanın maliyyə nazirliyi Vaşinqtonun Moskvaya qarşı düşmənçilik hərəkətlərinin davamında Rusiya ilə bağlı olan üç şəxsi və beş şirkəti sanksiya edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2020 03:23 Asia/Baku
  • ABŞ Rusiya ilə bağlı olan üç şəxsi və beş şirkəti sanksiya edib

Amerikanın maliyyə nazirliyi Vaşinqtonun Moskvaya qarşı düşmənçilik hərəkətlərinin davamında Rusiya ilə bağlı olan üç şəxsi və beş şirkəti sanksiya edib.

SəhərAzəri xəbər verir, ABŞ maliyyə nazirliyi qeyd olunan sanksiyaları Amerika prezident seçkilərinə müdaxilə və Ukraynanın şərq bölgələrindəki silahlı toqquşmalarda rol oynamaq iddiaları ilə əsaslandırmağa çalışır.

Amerikanın dövlət katibi Mayk Pompeo da çərşənbə günü bildiribdir ki, Rusiyanın "Şimal Axını-2" boru kəməri layihəsində iştirak edəcək ölkələr Vaşinqtonun sanksiyalarına məruz qalacaqlar.

Qeyd edək ki, "Şimal Axını-2" layihəsi Avropaya qaz ixracatını artırmaq məqsədilə Rusiya və Avropa konsorsiumu tərəfindən icra olunmaqdadır. Amerika isə bu layihəni dayandırmaq üçün onun icrası yolunda problemlər yaratmağa çalışır.