İyul 17, 2020 19:12 Asia/Baku
  • Rusiyada terror aktının qarşısı alınıb

Rusiya Federasiyası xüsusi xidmət orqanlarının əməkdaşları terror aktı törətmək niyyətində olan Mərkəzi Asiya ölkələrindən birinin 32 yaşlı vətəndaşını saxlayıb.

SəhərAzəri Sputnikə istinadla xəbər verir, "RİA Novosti" Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarının Xabarovskda bir terror aktının qarşısını aldığını bildirib. 

Məlumata əsasən xüsusi xidmət orqanlarının əməkdaşları Mərkəzi Asiya ölkələrindən birinin 32 yaşlı vətəndaşını saxlayıb. İstintaqın versiyasına əsasən o, beynəlxalq terrorçuların rəhbərlərindən göstəriş alıb.
Saxlanılan şəxsin üzərindən içərisində yandırıcı maddə olan şüşə qab, soyuq silah və beynəlxalq terror təşkilatının bayrağı müsadirə olunub. Onun telefonunda terrorçuların rəhbərlərinə sadiqlikdə and içməsinə dair görüntülər və planlaşdırılan cinayətə dair yazışmalar aşkarlanıb.

Teqlər