İyul 18, 2020 09:54 Asia/Baku
  • Cozep Borrell ABŞ-ın digər ölkələrə qarşı yanaşma tərzini tənqid edib

Avropanın Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi ABŞ-ın sanksiya əsaslı yanaşma tərzini, o cümlədən Rusiyanın qazını Avropaya nəql edən "şimal axını 2" layihəsinə qarşı sanksiyalarını tənqid edib.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, Cozep Borrell kəskin bir bəyanat yayaraq, ABŞ tərəfindən Avropanın maraqları və şirkətlərinə qarşı sanksiya və təhdiddən bir vasitə kimi istifadə edilməsindən narahatlıq ifadə edib. Cozep Borrell Avropa İttifaqının üçüncü ölkələrin qanuni ticarətlə məşğul olan Avropa şirkətlərinə qarşı bir prinsip olaraq, sanksiyaların tətbiq edilməsinə qarşı olduğu bildirib.

"Avropanın siyasətləri üçüncü bir ölkədə deyil, Avropanın daxilində müəyyən ediləcək, və sanksiya vasitəsilə qarşı tərəfi hədələmək yolverilməzdlr", -deyə C.Borrell əlavə edib.

Avropanın Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi transsərhəd sanksiyaların tətbiq edilməsinin beynəlxalq hüquq normalarına zidd bildiyini bəyan edərək, vurğulayıb: "Biz İran, Kuba və Beynəlxalq Cinayət Məhkəməsi və son zamanda da "şimal axını 2" və "türk axını" boru kəmərlərinə qarşı hər gün kəskinləşən bu tendensiyanın şahidi oluruq".

Rusiya və Avropa konsorsiumu Avropaya qaz ixracını artırmaq məqsədi ilə "Şimal axını 2" boru kəməri layihəsi üzərində işləyir və ABŞ buna mane olmağa çalışır.

 

Teqlər