Borrel: Nüvə anlaşmasına alternativ yoxdur
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi deyib ki, Amerikada heç hir hökumət nüvə anlaşması üçün münasib və təsirli alternativ təqdim edə bilməz.
SəhərAzəri xəbər verir, Cozep Borrel bu gün virtual formada keçirilən “İtaliya-Aralıq dənizi dialoqu” iclasında bir daha nüvə anlaşmasının qorunması vacibliyini vurğulayıb. Bildirib ki, İranla nüvə anlaşmasının/ “Tramp anlaşması” adlı digər bir anlaşma ilə dəyişdirilməsi əsla mümkün deyildir.
Borrel bu iclasda həmçinin Amerikanın nüvə anlaşmasından birtərəfli şəkildə çıxmasından narazılıq edərək, bu anlaşmanı ikitərəfli anlaşma adlandırıb. Bildirib ki, nüvə anlaşmasının bütün üzvləri yekdilliklə Amerikanın nüvə anlaşmasından birtərəfli şəkildə çıxmasını tənqid edirlər.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi İranın nüvə anlaşmasının iqtisadi məziyyətlərindən bəhrələnmədən bu anlaşma altındakı öhdəliklərini tam şəkildə icra etməyə qayıtması barədəki gözləntini yersiz adlandırıb.
Beş il bundan öncə 2015-ci ilin 14 iyulunda İran, həmçinin Fransa, ABŞ, Çin, Rusiya, Almaniya və İngiltərə Avropa Birliyi ilə yanaşı, Vyanada nüvə anlaşmasını imzaladılar.
Amerika prezidenti Donald Tramp 2018-ci il mayın 8-də birtərəfli şəkildə Vaşinqtonun nüvə anlaşmasındakı öhdəliklərini pozaraq, ölkəsini bu beynəlxalq anlaşmadan çıxardı və nüvə sanksiyalarının geri döndüyünü elan etdi.
Avropalılar da ABŞ-ın təzyiqlərindən təsir alaraq, özlərinin nüvə anlaşması öhdəliklərini icra etmədilər.