İyul 19, 2020 12:07 Asia/Baku
  • «Şimal axını-2» üstündə ABŞ-Almaniya qarşıdurması kəskinləşir

«Şimal axını-2» layihəsi üstündə ABŞ və Almaniya arasındakı münaqişələr Vaşiqtonun bu qaz layihəsinə qarşı yeni təhdidlərindən sonra kəskinləşibdir.

SəhərAzəri xəbər verir, ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus son zamanlar bildiribdir ki, əgər Almaniya bu sahədə həmkarlıq etməzsə, kimlərə məxsus olmalarından asılı olmayaraq, bu qaz layihəsində iştirak edən şirkətlərə qarşı sanksiyalar tətbiq olunacaq.

Bu aşkar xəbərdarlığın ən azından, bundan öncə ABŞ dövlət katibi Mayk Pompeonun da hədələdiyi həmin qaz layihəsinin alman investorlarına, yəni alman «Wintershall» və «Uniper» şirkətlərinə yönəldiyi qeyd olunur.

Bu iki alman şirkət «Şimal axını-2» qaz layihəsinin icrasında fəaliyyət göstərən orqanlardandır.

Almaniyanın xarici işlər naziri Hayko Maas ABŞ rəsmilərinin bu ifadələrinə kəskin tərzdə reaksiya verib. Bildirib ki, Avropanın enerji siyasəti Vaşinqtonda deyil, Avropada yürüdülür. O, həmçinin deyib: Biz aşkar şəkildə bu ölkədənkənar sanksiyaları rədd edirik.

Rusiya və Avropa konsorsiumu Avropaya qaz ixracatını artırmaq məqsədilə «Şimal axını-2» layihəsini icra edirlər. Amerika isə onu dayandırmağa can atır.

Teqlər