ÜST: Dünyada koronavirusa daha 166,7 min insan yoluxub
https://azeri.sahartv.ir/news/dünya-i364866-Üst_dünyada_koronavirusa_daha_166_7_min_insan_yoluxub
Son gün ərzində dünyada koronavirusa yeni 166 735 yoluxma və 4 496 ölüm qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2020 21:38 Asia/Baku
  • ÜST: Dünyada koronavirusa daha 166,7 min insan yoluxub

Son gün ərzində dünyada koronavirusa yeni 166 735 yoluxma və 4 496 ölüm qeydə alınıb.

SəhərAzəri xəbər verir, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mediaya məlumat yayıb.

ÜST-ün son məlumatlarına görə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 14 043 176-ya çatıb, COVID-19-dan 597 583 pasiyent ölüb.

Təhlükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə koronavirus 7 376 748 insanda aşkarlanıb. Siyahıda ikinci yerdə Avropa qərarlaşıb. "Köhnə qitə"də COVID-la bağlı 3 060 525 testin nəticəsi müsbət olub.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.