ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri təxirə salınıb
ABŞ və Cənubi Koreyanın müdafiə nazirləri Koreya yarımadasında birgə manevrin zaman qrafiki haqda razılığa gələ bilmədilər.
SəhərAzəri Röyters-ə istinadla xəbər verir ki, Cənubi Koreya rəsmiləri bugün deyiblər ki, Cənubi Koreyanın müdafiə naziri Çjeonq Kyeonq-do və onun amerikalı həmkarı Mark Esper apardıqları telefon danışığı zamanı ümumiyyətlə avqustun əvvəlində keçirilən bu manevrin detalları barədə razılığa gələ bilməyiblər.
Bundan əvvəl də bəzi mənbələr koronavirusla əlaqədar ABŞ ilə Cənubi Koreyanın birgə keçirdiyi manevrin ləğv edimə ehtimalından xəbər veriblər.
Ötən üç həftə ərzində ABŞ-ın Cənubi Koreyada yerləşən hərbçiləri arasında 50-yə yaxın COVİD-19 virusuna yoluxma faktı qeydə alınıb. ABŞ-ın Cənubi Koreyada təxminən 28 min hərbçisi vardır.