Bayden ilə mübarizə üçün Trampın seçki kampaniyası ikiqat xərcə düşüb
ABŞ prezidenti öz seçki rəqibi ilə mübarizə üçün ikiqat xərc çəkibdir.
SəhərAzəri xəbər verir, 2020-ci il Amerika prezident seçkilərinin yaxınlaşması ilə bu ölkənin prezidenti Donald Trampın seçki kampaniyası xərcləri artırmağa məcbur olub və demokrat partiyasının əsas namizədi olan Bayden ilə mübarizə aparmaq üçün iyulda, iyun ayına nisbətən ikiqat, yəni əlli milyon dollar pul xərcləyibdir.
Baydenin seçki kampaniyasında cari iyul ayında çəkilən xərc isə təqribən 27 milyon dollar olubdur.
Koronavirusun nəzarətə alınması sahəsindəki fəaliyyətinə, eləcə də anti-rasizm nümayişləri qarşısındakı rəftarına görə, xalq narazılıqlarının artması səbəbindən, Donald Tramp televiziyada və digər medialarda təbliğat kampaniyasına 41 milyon dollardan çox pul xərcləməyə məcbur olubdur.
Əlbəttə, bütün bu təbliğatlar, Trampın söhbətləri və rəy sorğuları onun rəqibinin öndə getməsindən xəbər verir.
ABŞ prezident seçkiləri cari il noyabrın üçündə keçiriləcək.