İyul 22, 2020 18:01 Asia/Baku
  • Koronavirusa yoluxanların sayı 15 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 15 milyonu keçib.

SəhərAzəri xarici mənbələrə istinadla xəbər verir, virusa yoluxmuş 616 500 nəfər vəfat edib, 8 467 751 xəstə isə sağalıb.
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə 3 milyon 902 min 058 nəfər xəstəsi olan ABŞ qərarlaşıb.  Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 782 040 yoluxma qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Teqlər