ABŞ-da 64,5 mindən çox yeni yoluxma aşkar edilib
https://azeri.sahartv.ir/news/dünya-i364983-abŞ_da_64_5_mindən_çox_yeni_yoluxma_aşkar_edilib
Son bir gündə ABŞ-da 64 534 yeni koronavirusa yoluxma halı aşkar edilib, 1 082 nəfər virusdan ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2020 14:05 Asia/Baku
  • ABŞ-da 64,5 mindən çox yeni yoluxma aşkar edilib

Son bir gündə ABŞ-da 64 534 yeni koronavirusa yoluxma halı aşkar edilib, 1 082 nəfər virusdan ölüb.

SəhərAzəri mediaya istinadla xəbər verir, bu barədə federal və yerli hökumət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universitetinin məlumatında deyilir.

Bununla da ölkədə ümumi yoluxma hallarının sayı 3 902 135-ə çatıb. 142 mindən çox insan ölüb, 1,1 milyondan çox yoluxmuş şəxs sağalıb.