Amerikanların 68%-i Trampın koronavirusun aradan qaldırılması üzrə fəaliyyətindən narazıdır
Amerikada aparılan ən yeni rəy sorğusununn nəticələri bu ölkə xalqının əksər hissəsinin Donald Trampın koronavirus böhranının idarə olunması üzrə fəaliyyətindən narazı olmasından söz açır.
SəhərAzəri xəbər verir, Bazar günü yayılan Assoşieyted-Press-in və Amerika ictimai məsələlər üzrə araşdırma mərkəzinin yeni rəy sorğusunun nəticələri göstərir ki, amerikanların 68 faizi bu ölkə prezidenti Donald Trampın koronavirusun aradan qaldırılması üzrə fəaliyyətindən razı deyildir.
Həmçinin bu rəy sorğusuna əsasən, hər on amerikalıdan səkkizi bu qənaətdədir ki, ölkəsi yanlış yolda hərəkət edir.
Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.
Elan olunmuş son rəsmi statistikalara görə, indiyədək Amerikada 4 milyon 341 min 565 nəfər koronavirusa yoluxub və onlardan 149 min 602 nəfər həyatını itiribdir.
Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayının çoxluğuna görə, diaqnoz şüşələri və digər tibb ləvazimatları çatışmazlığı ilə üzləşibdir.
Amerika hökuməti, şəxsən bu ölkənin prezidenti Donald Tramp Amerikada koronavirusun yayılması qarşısındakı məsuliyyətsizliklərinə görə, kəskin tənqid atəşinə tutulublar.