İyul 28, 2020 11:40 Asia/Baku
  • Tramp Putinlə son söhbətini

ABŞ prezidenti Donald Tramp 23 iyul tarixində Rusiya lideri Vladimir Putinlə baş tutan söhbətin "çox məhsuldar" keçdiyini açıqlayıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, "Biz müzakirə etdiklərimiz haqqında danışmırıq. Ancaq çox mpvzuda müzakirələr apardıq və düşünürəm ki, çox məhsuldar oldu", Tramp deyib.

O, mətbuat konfransında Putinlə Rusiya tərəfindən Talibana pul mükafatları verilməsi məsələsini müzakirə edib-etmədiklərinə dair sualına cavab verməkdən imtina edib.

Tramp ilə Putin arasında 23 iyulda telefon danışığı olub. Ağ Ev bildirib ki, ABŞ və Rusiya liderləri əsasən COVID-19 koronavirus pandemiyası ilə mübarizəni müzakirə edib.

Teqlər