12 min amerikan hərbçi Almaniyadan çıxır
ABŞ müdafiə nazirliyi- Pentaqon bu ölkə prezidenti Donald Trampın hökumətinin Almaniyadakı amerikalı hərbçilərin sayını təqribən 12 min nəfər azaltmaq qərarından xəbər verib.
SəhərAzəri xəbər verir, ABŞ müdafiə nazirliyi bildirib ki, on bir min 900 amerikalı hərbçi Almaniya ərazisini tərk edəcək ki, bu miqdardan 5600 nəfər NATO-ya üzv digər ölkələrdə yerləşəcəkdir.
ABŞ prezidenti bundan öncə Avropa ölkələrinin NATO-ya ödənişlərində qanun pozuntusuna yol verdiklərini bildirərək, özünün/ Almaniyada yerləşən amerikalı qüvvələrin sayını 34 min 500 nəfərdən 25 min nəfərədək azaltmaq qərarından xəbər vermişdi.
Bu qərar həm Almaniyada, həm də Amerikada mənfi reaksiyalarla üzləşibdir. Bu istiqamətdə ABŞ konqresinin nümayəndələr palatasının silahlı qüvvələr komitəsinin respublikaçı 20 üzvü Trampa məktubda ondan, özünün bu qərarından vaz keçməsini istəmişdi.
ABŞ-Almaniya münasibətləri son aylar Donald Trampın siyasi, hərbi, təhlükəsizlik, iqtisadi və ticari mövqe və hərəkətlərinin təsiri altında çox gərgin olubdur.