Rusiya sərhədə qoşun yeridir
https://azeri.sahartv.ir/news/dünya-i365296-rusiya_sərhədə_qoşun_yeridir
Rusiya yeni silahlarını və əlavə döyüş kontingentini qərb sərhədlərinə yerləşdirəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2020 11:16 Asia/Baku
  • Rusiya sərhədə qoşun yeridir

Rusiya yeni silahlarını və əlavə döyüş kontingentini qərb sərhədlərinə yerləşdirəcək.

SəhərAzəri Axar-a istinadla xəbər verir ki, bunu “İnterfaks”a açıqlamasında Rusiya Müdafiə Nazirliyinin inspektoru general-mayor Vladimir Boqatırev deyib.

O, bu addımın ABŞ-ın Polşa və Baltikyanı ölkələrdə əsgər yerləşdirməsinə cavab olduğunu bildirib.

Boqatırev Qərb Hərbi Dairəsi və Baltik donanmasının gücləndiriləcəyini deyib.

General-mayor Baltik donanmasının hipersionik silahlar, “Xəncər” aviasiya kompleksləri, “Peresvet” lazer döyüş kompleksləri və “Çirkon” raketləriylə təchiz ediləcəyini vurğulayıb.