Belarus Rusiya səfirini çağırıb
Belarus Xarici İşlər Nazirliyi Rusiyanın Minskdəki səfirini çağırıb.
SəhərAzəri xəbər verir, Belarus Xarici İşlər Nazirliyi həbs olunmuş Rusiya vətəndaşları barədə izahat vermək üçün bu ölkənin Minskdəki səfirini çağırıb.
Belarus son zamanlar Minsk yaxınlığında yerləşən bir kurortda «Vaqner» adlı rus özəl hərbi şirkəti ilə əlaqədə olmaq ittihamı ilə 33 Rusiya vətəndaşını həbs edib.
Belarus Milli Təhlükəsizlik Şurası bu 33 Rusiya vətəndaşını Belarus prezident seçkiləri ərəfəsində bu ölkədə səbatsızlıq yaratmaq və terror aktları törətməyə cəhd göstərməkdə ittiham edibdir.
İddialara görə, bu şəxslər həbs olunarkən üzərlərində rus pasportları, dollarla nağd pul, taktiki vəsaitlər, hərbi ordenlər və ərəbcə bir mətn olubdur.
Belarus prezident seçkiləri üzr rəqabətlər bu ölkənin hazırkı prezidenti Alesandr Lukaşenkonun əsas rəqiblərindən olan Viktor Babariko pulyumada və sair cinayətlərdə ittiham edildikdən sonra daha da gərginləşibdir.
Lukaşenkonun digər rəqiblərindən olan Valeri Sepkalo da ötən həftə Belarusdan Rusiyaya qaçıbdır.
Lukaşenko iddia edir ki, xarici ölkələr, o sıradan Rusiya və Belarusdakı müxalif qruplar ona qarşı geniş etirazlar təşkil etməklə onun 9 avqust seçkilərindəki səsini zəiflətmək niyyətindədirlər.
1994-cü ildən hakimiyyətdə olan Lukaşenko 6-cı Belarus prezident seçkilərinə də namizəd olubdur.