İyul 30, 2020 18:52 Asia/Baku
  • Tramp ABŞ seçkilərinin təxirə salınmasını istəyib

Donald Tramp bir tvitt-də yazıb: Ümumölkə poçt səsverməsi ilə 2020-ci il seçkiləri tarixin ən aldadıcı və qeyri-düzgün seçkiləri olacaqdır.

SəhərAzəri xəbər verir, Tramp sonra deyib: Bu, Amerika üçün böyük biabırçılıq mənbəyi olacaq; xalqın düzgün səs verə biləcəyi zamanadək seçkiləri təxirə salın.

O, digər bir tvitt-də yazıb: Bundan öncə sübuta yetibdir ki, poçtla səsvermə faciəli bir müsibətdir. Demokratlar səsvermədə xarici nüfuzdan danışırlar, amma bilirlər ki, poçtla səsvermə xarici ölkələrin bu rəqabətə daxil olmaları üçün asan bir yoldur.

ABŞ prezidenti sonra deyib: Bundan əlavə, düzgün sayılış da mövcud olmayacaqdır.

 

Teqlər