Rusiyadan Azərbaycan-Türkiyə təlimləri ilə bağlı - Açıqlama
Rusiya Xarici İşlər Nazirliyindən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri ilə bağlı açıqlama gəlib.
SəhərAzəri Publik-ə istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyin rəsmisi Anton Zaytsev həftəlik mətbuat konfransında bu barədə danışıb.
“Mövcud informasiyalara əsasən, Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlıq razılaşması çərçivəsində 29 iyul-10 avqust tarixlərində Azərbaycan torpaqlarında hərbi təlimlər keçirilir. Azərbaycan-Ermənistan sərhədində qısa müddət əvvəl yaşanan insident səbəbilə bölgədəki vəziyyəti diqqətli şəkildə izləyirik. Azərbaycan-Türkiyə də daxil olmaqla, bütün tərəfləri gərginlikdən çəkinməyə dəvət edirik”, - Zaytsev bildirib.
O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməli olduğunu vurğulayıb.