Berlində banka hücum: xeyli yaralı var
https://azeri.sahartv.ir/news/dünya-i365360-berlində_banka_hücum_xeyli_yaralı_var
Almaniyanın paytaxtı Berlində 4 naməlum şəxs “Karstadt” ticarət mərkəzində yerləşən bank filialına hücum edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2020 18:27 Asia/Baku
  • Berlində banka hücum: xeyli yaralı var

Almaniyanın paytaxtı Berlində 4 naməlum şəxs “Karstadt” ticarət mərkəzində yerləşən bank filialına hücum edib.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, hadisə nəticəsində ən azı 11 nəfər yaralanıb.

“Kroyçberq rayonunda xeyli xəsarət alan var. Biz Hermanplasdakı Xazelhayd ticarət kompleksindəyik”, - xilasetmə xidmətinin məlumatında deyilib.

Məlumata görə, “Hermanplas” və “Karl Marks Strasse” metrostansiyaları bağlanıb.

Hazırda polis gizlənən cinayətkarları axtarır.

Qeyd edək ki, hadisə şahidləri həmin şəxslərin hücum zamanı gözyaşardıcı qazdan istifadə etdiyini bildirir.