Avq 01, 2020 17:21 Asia/Baku
  • Tramp çıxış etmək üçün BMT Baş Assambleyasına gələ bilər

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Trampın çıxış etmək üçün BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclasına gələ biləcəyindən xəbər verib.

SəhərAzəri "Gənc Jurnalistlər Klubu"na istinadla bildirir ki, ABŞ-ın BMT-dəki nümayəndəsi Koli Kraft prezident Donald Trampın sentyab ayında Baş Assambleya iştirakçıları qarşısında çıxış etməsi ehtimalından xəbər verib. 

BMT Baş Assambleyasının növbəti iclasının cari ilini sentyabr ayında keçirilməsi planlaşdırılır. Və adət üzrə ABŞ BMT Baş Assambleyasında Braziliyadan sonra çıxış edən ikinci ölkədir. 

Son zamanlar Amerikada "Covid-19" virusunun geniş yayılması və irqçilik əleyhinə etirazların artması habelə, ölkədə gərginlik və cinayət hallarının çoxalması ilə amerikalılar arasında Demokrat Partiyasının namizədinə maraq xeyli artıb. 

Teqlər