Əfqanıstanda güclü partlayış baş verib
https://azeri.sahartv.ir/news/dünya-i365432-Əfqanıstanda_güclü_partlayış_baş_verib
Əfqanıstanın Nəngərhar əyalətinin inzibati mərkəzi olan Cəlalabad şəhərində güclü partlayış baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2020 15:37 Asia/Baku
  • Əfqanıstanda güclü partlayış baş verib

Əfqanıstanın Nəngərhar əyalətinin inzibati mərkəzi olan Cəlalabad şəhərində güclü partlayış baş verib.

SəhərAzəri-nin məlumatına görə, Cəlilabad şəhərinin dördüncü rayonunda yerləşən həbsxananın yaxınlığında terrorçu-intiharçı partlayıcı maddələrlə dolu avtomobili partladıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tariq Aryən hadisənin yerli vaxtla saat 18:45-də Nəngərhar vilayətində törədildiyini bildirib. 

Nəngərhar valisinin sözçüsü Ətaallah Xuqyani bu terror aktı nəticəsində 2 nəfərin öldüyünü, 20 nəfərin də yaralandığını deyib.

Yerli mənbələr partlayışın ardınca hadisə yerindən silah səslərinin eşidildiyini bildiriblər.

Bu məlumata görə silahlı ünsürlər partlayışın ardınca Cəlilabad şəhərinin dördüncü rayonunda yerləşən zindana hücum ediblər.