Avq 03, 2020 13:26 Asia/Baku
  • Baydenin qələbə şansı yüksəkdir

«Ekonomist» Baydenin elektral səslərdə qalib gəlməsi ehtimalını 91% hesab edib

SəhərAzəri xəbər verir, «Ekonomist» informasiya portalının proqnozuna əsasən demokrat partiyası namizədinin ABŞ prezident seçkiləri zamanı elektral səslərdə qələbə imkanı 91 faizdir.


Bu sayt bazar günü, qarşıdakı ABŞ prezident seçkilərinin nəticələrinə dair bir model yayaraq, yazıb: Bu modeldə demokrat partiyasının namizədi Co Bayden çox böyük ehtimala görə, elektral kalec səslərdə hazırkı prezident Donald Trampı məğlub edəcək.

«Ekonomist» xəbər həftəliyinin saytı proqnoz edibdir ki, Bayden 91 faizlə elektral səslərdə qələbə qazanacaq, halbuki Tramp yalnız səkkiz faizlik qələbə ehtimalına malikdir.

Baydenin ümumi səslərdə qələbə ehtimalı da təqribən 20-də 19 proqnoz edilibdir ki, bu rəqəm Tramp üçün 20-də bir təyin edilibdir.

Bu dəyərləndirməyə əsasən, Bayden Trampın bir faizi qarşısında ümumi səslərdə 99 faiz qalib gəlmək imkanına malikdir.

Sonda da səsvermə günü üçün proqnoz edilibdir ki, Bayden səslərin 54, Tramp isə 46 faizini əldə emək şansına malikdirlər.

Amerika prezident seçkiləri cari il noyabrın üçündə keçiriləcək.

Prezidentin və vitse-prezidentin seçilməsi prosesi Amerika konstitusiyasının ikinci maddəsində müəyyən edilibdir.

Elektral kollegiya xalqın və konqresin səslərinə əsasən, prezidenti seçir.

Elektral və ya seçicilər kollegiyasının ümumilikdə 538 səsi vardır ki, əgər bir namizəd 270 səs qazana bilərsə, seçkilərin qalibi olacaqdır.

Trampın koronavirusla mübarizədəki zəif fəaliyyəti və son günlər anti-rasist hərəkatının yatırılmasına dəstək verməsi amerikalıların geniş narazılığına səbəb olubdur.

Teqlər