Kiyevdə insanları girov götürən şəxs həbs edildi
https://azeri.sahartv.ir/news/dünya-i365462-kiyevdə_insanları_girov_götürən_şəxs_həbs_edildi
Ukraynanın paytaxtında bir bankda insanları girov götürən və bankı partlatmaqla hədələyən şəxs həbs edildi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2020 13:02 Asia/Baku
  • Kiyevdə insanları girov götürən şəxs həbs edildi

Ukraynanın paytaxtında bir bankda insanları girov götürən və bankı partlatmaqla hədələyən şəxs həbs edildi.

Səhər Azəri bildirir ki, Kiyevin mərkəzində bir bankı partlatmaqla təhdid edən şəxs xüsusi əməliyyat nəticəsində həbs edilib. 

Sputnik informasiya agentliyi Ukraynanın təhlükəsizlik rəsmilərindən birinə istinadla bildirir ki, Kiyevin mərkəzində bir banka daxil olan şəxs kürək çantasındakı bombanı partladacağı ilə təhdid edib.

Ukraynanın təhlükəsizlik rəsmiləri saxlanılan şəxs barəsində terrorçuluq maddəsi ilə cinayət işinin açılacağını bildiriblər.

Saxlanılan şəxsin kürək çantasındakı bombanın zərərsizləşdirilməsi üzrə işlər görülür.