Avq 04, 2020 18:41 Asia/Baku
  • Tramp ABŞ-ın ən böyük səhvindən daışıb

Yaxın Şərqə qoşun göndərmək qərarı və regionun işlərinə qarışmaq ABŞ tarixində ən böyük yeganə səhvdir

SəhərAzəri RİA Novosti-yə istinadla xəbər verir, bunu "Axios"-a müsahibəsində Amerika Birləşmiş Ştatların Prezidenti Donald Tramp bildirib.
"Biz İŞİD-i zərərsizləşdirdik... Bu xilafətin 100%-ni... Biz Süleymanini (İran generalı-red.), əl-Bağdadini (İŞİD lideri-red.) "aradan qaldırdıq". Mən digər prezidentlərin etmədiyi çox şeyi etmişəm. Onlar gərək heç vaxt Yaxın Şərqə girməzdilər" - deyə Tramp qeyd edib.
O, vurğulayıb ki, Yaxın Şərqə qoşun göndərmək qərarı və regionun işlərinə qarışmaq ABŞ tarixində yeganə ən böyük səhvdir.

Teqlər