Avq 04, 2020 20:03 Asia/Baku
  • Quterreş

BMT-nin baş katibi Antonio Qüterreş Təhsili yenidən canlandırmaq, bərabərləşdirmək və dünyanın gələcək vəziyyətinin yaxşılaşdırılması üçün səy göstərmək məqsədilə "Gələcəyimizi xilas edək" adlı kampaniyanın başlanmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İRNA-nın məlumatına görə, Antonio Quterreş bu gün öz Tvitter səhifəsində bu qlobal kampaniyanın BMT təşkilatları və təhsil tərəfdaşlarının əməkdaşlığı və koordinasiyası ilə başlanmasını bildirib.

BMT baş katibi hazırda dünyada koronavirus böhranı səbəbindən məktəblərin bağlanmasını bəyan edərək, dünya ölkələrini bu kampaniyada iştirak etməyə dəvət edib.

Quterreş qeyd edib ki, iyul ayında bütün dünyada koronavirusun yayılması səbəbindən bir milyarddan çox şagird məktəbə getməkdən məhrum olub.

BMT baş katibi bu məsələnin dünyanın inkişafını on illiklərlə öz təsiri altına alacağını və dünyadakı bərabərsizliyi daha da dəriləşdirəcəyini xatırladıb.

Teqlər