Avq 05, 2020 16:48 Asia/Baku
  • Pentaqon Trampın açıqlamasını təkzib edib

"CNN" telekanali Pentaqondakı mənbələrə istinadən prezident Donald Trampın Beyrut limanındakı partlayışın "hücum" nəticəsində baş verməsi ilə bağlı açıqlamasını təkzib edib.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, ABŞ Müdafiə Nazirliyində mənbələr CNN-ə bildirib ki, "Beyrutda baş verən kütləvi partlayışların" "hücum" olduğuna dair heç bir dəlil yoxdur.

ABŞ prezidenti Donald Tramp Livandakı partlayışı “hücum” adlandırıb, hərçənd ki, partlayışın səbəbinin əsas versiyası terror aktı deyil, Beyrut limanındakı partlayıcı maddələrin təsadüfi alışması hesab edilir.

“Böyük ehtimalla, bu, dəhşətli bir hücum idi”, - deyə Tramp mətbuat konfransında deyib.

Teqlər