Avq 06, 2020 09:05 Asia/Baku
  • ABŞ Dövlət Departamentinin yeni müfəttişi də istefa verdi

ABŞ Dövlət Departamentinin yeni baş müfəttişi Trampla ixtilafın yaranmasına görə, vəzifəsindən istefa verib.

SəhərAzəri xəbər verir, Stefen Akard bundan öncə ABŞ Dövlət Departamentinin xarici tapşırıqlar şöbəsinin müdiri olub və Stiv Linkin departamentin baş müfəttişi vəzifəsindən çıxarılmasından sonra bu vəzifədə işləməyə başlayıb.

Stiv Link də Trampla ixtilafın yaranmasına görə, vəzifəsindən istefa vermişdi.

Mediaların məlumatlarına görə, son aylar ərzində Donald Tramp müxtəlif idarələrdə beş müfəttişi vəzifəsindən uzaqlaşdırıbdır.

Amerikanın hazırkı hökuməti keçmiş hökumətlərlə müqayisədə yüksək vəzifəli şəxslərin kənarlaşdırılmaları cəhətdən yüksək göstəriciyə malikdir.

Donald Trampın qalmaqallı rəftarları, sözləri, siyasətləri, fərman və qərarları bais olubdur ki, bir çox amerikalı siyasətçi prezident vəzifəsini ona layiq hesab etməsin.

Teqlər