Avq 06, 2020 10:55 Asia/Baku
  • Rusiya:

Rusiyasnın BMT-dəki Nümayəndəsi çərşənbə günü ABŞ Dövlət Katibi May Pompeonun Livan qarşısındakı riyakarlığını qınayıb.

SəhərAzəri Fars xəbər agentliyinə istinadla xəbər verir ki, Dimitri Polyanski öz şəxsi Tvitter hesabında paylaşdığı statusda ABŞ-ın Livan qarşısındakı riyakarlığını qınayaraq, yazıb: "Əgər Vaşinqton Livanla həmrəydirsə, Beyruta qarşı tətbiq etdiyi sanksiyaları ləğv etsin".

Mayk Pompeo avqustun 5-də Livanın baş naziri Həssan Diaba telefonla zəng edərək, onunla Beyrut limanı partlayışını müzakirə edib.

Telefon danışığı zamanı Pompeo ölkəsinin Livana təcili yardımlar göstərməyə hazır olduğunu bildirib və Vaşinqtonun Beyrutun kənarında olduğunu iddia edib.

Qeyd edək ki, avqustqn 4-də axşam saatlarında Beyrut şəhərində yerləşən pirotexnika anbarında başlayan yanğın yaxındakı ammonium nitrat anbarında dəhşətli bir partlayışa səbəb oldu. Livanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, indiyədək bu hadisə nəticəsində ən azı 150 nəfər həlak olub və 4000 mindən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Teqlər