Avq 06, 2020 16:16 Asia/Baku
  • Dünyada koronavirusa yoluxanların sayı 19 milyon nəfəri keçib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son statistikasına əsasən, dünyada 19 milyondan çox insan Covid-19 infeksiyasına yoluxub.

SəhərAzəri xəbər verir ki, ÜST-dən verilən son məlumata görə, dünyada koronavieusa ümumilikdə 19 milyon 415 nəfər yoluxub, onlardan 711 min 617 nəfər ölüb, 12 milyon 188 min 295 nəfər isə bu xəstəlikdən sağalıb.

Dünyada COVİD-19  infeksiyasına yoluxma hallarına görə, ABŞ, Braziliya, Hindistan, Rusiya, Cənubi Afrika, Meksika, Peru, Çili, İspaniya və Kolumbiya müvafiq olaraq, ilk onluqda yerləşirlər.

Koronavirusu  əsrin böhranı kimi xarakterizə edən Ümumdünya Səhiyyə Təşkilatı bu böhranın on illərlə dünyaya təsir edəcəyini proqnozlaşdırıb.

“Worldometrs” portalının məlumatına görə, dünyada koronavirusa yoluxma və bu virusdan ölüm hallarına görə, lider olan ABŞ-da indiyədək  ümumilikdə 4 milyon 973 min 568 nəfər bu virusa yoluxub, onlardan 161 min 601 nəfəri isə bu virusun qurbanına çevrilib.

Braziliya 2 milyon 800 mindən çox yoluxma ilə ikinci, Hindistan 1 milyon 900 mindən çox yoluxma ilə üçüncü yerdədir.

 

Teqlər