Avq 08, 2020 12:19 Asia/Baku
  • Səudiyyə koalisiyası Yəməni vurdu, ölən və yaralananlar var

Səudiyyə Ərəbistanı və başçılıq etdiyi təcavüzkar koalisiya qüvvələrinin Yəmənin Sədə və Məarib vilayətlərinə olan hücumlarında ikisi uşaq olmaqla 3 nəfər şəhid olub, iki nəfər də yaralanıb.

SəhərAzəri bildirir ki, Səudiyyə koalisiyasının  Yəmənin Sədə vilayətinin Baqəm məntəqəsinə olan raket hücumlarında bir nəfər şəhid olub. 

Həmçinin, Məarib vilayətində partlamamış bir top mərmisinin uşaqların oynadığı zaman partlaması nəticəsində iki uşaq ölüb, daha ikisi yaralanıb. 

Yəmən mənbələri təcavüzkar koalisiyanın Əl-Hüdəydə atəşkəsini də pozduğunu və Dürəyhimi məntəqəsinə raket və artilleriya zərbələri endirdiklərini də bildiriblər. 

Səudiyyə koalisiyasının qırıcıları da Əl-Bəyza və Əl-Cəvf vilayətlərinə havadan zərbələr endiriblər. 

Teqlər