Pentaqon: Əfqanıstandakı ABŞ hərbçilərinin sayı azaldılacaq
Pentaqon: Əfqanıstandakı ABŞ hərbçilərinin sayı azaldılacaq
Pentaqon şefi ABŞ prezidentinin sözlərinə əlavə olaraq cari ilin noyabr ayının sonlarına kimi Əfqanıstandakı ABŞ hərbçilərinin sayının 5 mindən aşağı salınacağını deyib.
Sahar Azari bildirir ki, ABŞ-ın müdafiə naziri Mark Esper şənbə günü verdiyi müsahibədə Vaşinqtonun Əfqanıstandakı hərbçilərinin sayını 5 mindən daha aşağı salmaq niyyətində olduğunu deyib.
Royters-in məlumatına görə ABŞ prezidenti Donald Tramp da bir neçə gün öncə Əfqanıstandakı Amerikan hərbçilərin sayının 4 minə qədər azaldılacağını demişdi.
Tramp Əfqanıstandakı ABŞ hərbçilərinin sayının azaldılması ilə bağlı dəqiq tarix açıqlamadan deyib: Biz tezliklə Əfqanıstandakı hərbçilərimizin sayını 8 minə, daha sonra isə 4 minə endirəcəyik.
Tramp noyabr ayında, ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bir vaxtda Əfqanıstanda 4000 ilə 5000 arasında Amerikan hərbçinin qalmış olacağını deyib.