Avq 09, 2020 10:09 Asia/Baku
  • Tramp: Demokratlar seçkilərdə saxtakarlıq etmək istəyirlər

ABŞ prezidenti bir daha demokratları noyabr seçkilərində saxtakarlıq etməkdə ittiham edərək, onların "seçkiləri oğurlamq" istədiklərini deyib.

Sahar Azəri bildirir ki, Donald Tramp bunu Nyu-Cersidə bir mətbuat konfransında deyib.

Donald Tramp bildirib ki, demokratlar iqtisadiyyata dəstək danışıqlarını uzatmaqla “seçkiləri oğurlamaq” istəyirlər.

Trampın sözlərinə görə, demokratların Konqresdəki liderləri Nensi Pelosi və Çak Şumer koronavirusdan əziyyət çəkənlər üçün nəzərdə tutulan yardımı “əllərində girov saxlayırlar”. O, həmçinin demokratların bir sıra təkliflərindən də söz açıb və bu təkliflərin iqtisadiyyatla heç bir əlaqəsinin olmadığını düşündüyünü vurğulayıb.

Teqlər