Avq 09, 2020 10:33 Asia/Baku
  • Sanders Trampı tənqid etdi

Senders ABŞ xalqının məişətinə diqqətsizliyinə görə, Trampı tənqid edib

Sahar Azari bildirir ki, senator Berni Senders bir tvitt-də Amerika xalqının məişətinə diqqətsizliyinə görə, Donald Trampı tənqid edib.

Amerikanın Vermont ştatından olan senator Berni Senders öz mesajında Trampın Amerikanın iqtisadi durumuna məhəl qoymamasını tənqid edərək, yazıb: Bəlkə də Tramp öz milyarder dostları ilə qolf oynayarkən milyonlarla amerikalı işsizin aclığa doğru hərəkət etməkdə olduğunu bilmir.

Senders sözlərinə belə davam edib: Əgər respublikaçılar partiyası zənginlərdən bir trilyon dollar vergi ala bilərsə, onlar işsizlik sığortası üçün 600 dolların təmin edilməsinə dəstək verə bilərlər.

Koronavirus pandemiyasının Amerikanı günu-gündən acınacaqlı vəziyyətə saldığı bir halda, Trampın ardıcıl şəkildə öz qolf meydançalarında oynaması kəskin tənqidlərə səbəb olubdur.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

Amerika hökuməti, şəxsən prezident Donald Tramp bu ölkədə koronavirusun yayılması qarşısındakı məsuliyyətsizliklərinə görə, kəskin tənqid atəşinə tutulublar.

Teqlər