Avq 13, 2020 18:28 Asia/Baku
  • Britaniyanın şərqində dəhşətli partlayış baş verib

Britaniya polisi bu ölkənin şərqində dəhşətli partlayışın baş verməsindən xəbər verib.

SəhərAzəri "İndipendent" qəzetinə istinadla xəbər verir ki, Britaniya polisi bu gün Suffolk şəhərinin aeroportu yaxınlığında dəhşətli bir partlayışın baş verməsindən xəbər verib.

Hadisənin baş vermə səbəbləri, həmçinin ölən və yaralılar barədə hələ ki məlumat verilməyib.

Yanğın Fiberglass (şüşə-lif) zavodunda baş verib, şahidlər iki güclü partlayış səsinin eşidilməsindən xəbər veriblər.

Hadisə yerinə yanğın sündürən briqadaları cəlb edilib. 

Teqlər