Avq 14, 2020 01:10 Asia/Baku
  • Yunanıstanla Fransa Türkiyəyə qarşı birləşdi

Yunanıstan və Fransa Şərqi Aralıq dənizində ortaq hərbi təlimlər keçirib.

SəhərAzəri Publik-ə istinadla xəbər verir ki, bu barədə Yunanıstan ordusunun Baş Qərargahı məlumat yayıb.

Açıqlamada təlimlərin Türkiyənin NAVTEX elan etdiyi bölgəni də əhatə edən sahədə hərbi əməkdaşlıq çərçivəsində baş tutduğu bildirilib.

“Oruç Reis” seysmik araşdırma gəmisinin fəaliyyətləri üçün Türkiyənin elanını qanunsuz adlandıran Baş Qərargah Fransanın 2 “Rafale” təyyarəsinin Krit adasındakı Suda bazasından istifadə etdiyini vurğulayıb. Həmçinin Fransanın “La Fayette” dəniz donanması da təlimlərdə iştirak edib.

Qeyd edək ki, avqustun 12-də iki ölkənin prezidentləri arasında telefon danışığı olmuşdu.

Teqlər