Belarus hakimiyyətinin ötürülməsinin koordinasiya şurası yaradılıb
https://azeri.sahartv.ir/news/dünya-i365965-belarus_hakimiyyətinin_ötürülməsinin_koordinasiya_şurası_yaradılıb
Belarusda keçirilən son prezident seçkilərində A.Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovskaya hakimiyyətin ötürülməsinin koordinasiya şurasını yaratdığını elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2020 18:21 Asia/Baku
  • Belarus hakimiyyətinin ötürülməsinin koordinasiya şurası yaradılıb

Belarusda keçirilən son prezident seçkilərində A.Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovskaya hakimiyyətin ötürülməsinin koordinasiya şurasını yaratdığını elan edib.

SəhərAzəri xarici mənbəyə istinadla xəbər verir ki, bu barədə məlumat S.Tixanovskayanın seçki qərargahının “Telegram” kanalında yer alıb.
“Bu şuraya bütün vətəndaş cəmiyyətləri, hörmətli və tanınmış belaruslar və öz işinin peşəkarları daxil ola bilər”, - müraciətdə qeyd olunub.
S.Tixanovskaya bu işi müvəkkili Olqa Kovalkova və vəkil Maksim Znaka həvalə edib.
Qeyd edək ki, Belarus Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 9-da keçirilmiş prezident seçkiləri ilə bağlı yekun nəticələri açıqlayaraq bildirib ki, prezident seçkilərində hazırkı prezident Aleksandr Lukaşenko səslərin 80,1%-ni toplayıb.
Belarus Prezidentinin əsas rəqibi Svetlana Tixanovskyanın isə 10,12% səs topladığı açıqlanıb.