Avq 15, 2020 16:31 Asia/Baku
  • Səna: ABŞ Yəmən xalqının qırğın edilməsinə şərikdir

Yəmənin milli qurtuluş hökumətinin xarici işlər nazirinin müavini Təhlükəsizlik Şurasından rəftarını dəyişməklə yəmənlilərin etimadını qazanmasını istəyib.

Səhər Azəri bildirir ki, Yəmənin Milli Qurtuluş Hökumətinin xarici işlər nazirinin müavini Hüseyn Əl-Əzi təqribən 4 ildir ki, Əl-Hüdəydə sahillərində, Rəs İsa limanında dayanan "Safir" tankerinə işarə edərək, Təhlükəsizlik Şurasının Yəmən xalqının istəklərinə hörmət bəsləməli olduğunu deyib. 

Hüseyn Əl-Əzi "Safir" neft tankerinin vəziyyətinə işarə edərək, deyib: Ətraf mühitin və ekologiyanın qorunması məqsədilə bu tankerin vəziyyətinin araşdırılması və təmir olunması istənilsə də, Təhlükəsizlik Şurası  sadəcə tankerin vəziyyətinin dəyərləndirilməsi ilə razılaşıb və tankerin təmirinə diqqət ayırmayıb. 

Əl-Əzi Təhlükəsizlik Şurasının bu diqqətsizliyinin ardınca Yəmən hökumətinin Rusiya, Çin və İsveçə müraciət etdiyini dedi. 

H.Əl-Əzi "Safir" tankeri ilə bağlı yaranmış vəziyyətə görə Səna deyil, Təhlükəsizlik Şurasının məsuliyyət daşıdığını da qeyd edib. 

Teqlər