Senator Morfi: Anti-İran qətnamənin uğursuzluğu ABŞ-ın zəiflik nişanəsidir
https://azeri.sahartv.ir/news/dünya-i366011-senator_morfi_anti_İran_qətnamənin_uğursuzluğu_abŞ_ın_zəiflik_nişanəsidir
"Anti-İran qətnamənin Təhlükəsizlik Şurasındakı uğursuzluğu rüsvayçılıq olmaqla yanaşı, ABŞ-ın nə qədər zəiflədiyinin nişanəsi idi"
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2020 15:24 Asia/Baku
  • Senator Morfi: Anti-İran qətnamənin uğursuzluğu ABŞ-ın zəiflik nişanəsidir

"Anti-İran qətnamənin Təhlükəsizlik Şurasındakı uğursuzluğu rüsvayçılıq olmaqla yanaşı, ABŞ-ın nə qədər zəiflədiyinin nişanəsi idi"

Səhər Azəri bildirir ki, bu sözlər Konnektikut Ştatından senator Kris Morfiyə aiddir. 

Senator Kris Morfi Tvitter-də paylaşdığı yazıda deyir: Bu bir məğlubiyyət yox, rüsvayçılıq idi. Təhlükəsizlik Şurasının 15 üzvündən sadəcə Dominikan Respublikası bizim kənarımızda idi. Bu, ABŞ-ın nə qədər zəiflədiyinin və başqalarının Trampın İranla bağlı strategiyasını nə dərəcədə faciəli hesab etməsinin nişanəsi idi. 

ABŞ-ın İran əleyhinə silah sanksiyasının müddətinin uzadılmasına dair qətnaməsi Təhlükəsizlik Şurasında sadəcə iki lehinə səs əldə edə bildi. İki əleyhinə və 11 bitərəf səs ilə ABŞ-ın qətnaməsi tam bir fiaskoya uğradı.