Avq 16, 2020 19:29 Asia/Baku
  • Məhəmməd Əli Əl-Husi: Səudiyyəlilər ilə münasibətlər hələ müzakirə səviyyəsində deyil

"Yəmənin Ənsarullah hərəkatı Səudiyyəlilər ilə danışıqlar aparıb. Amma, bu münasibətlər hələ müzakirə səviyyəsinə çatmayıb."

Səhər Azəri bildirir ki, bu sözləri Yəmən İnqilabı Ali Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi deyib.

Məhəmməd Əli Əl-Husi Səudiyyəlilərin heç vaxt müzakirə aparmaq niyyətlərinin və sülh üçün hansısa perspektivin olmadığını deyib. 

Yəmən İnqilabı Ali Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi hazırda Ərəbistan ilə birbaşa danışıqların aparıldığını amma, bu münasibətlərin hələ ki, müzakirə səviyyəsinə çatmadığını deyib.

Məhəmməd Əli Əl-Husi daha sonra deyib: Əgər BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi sülhə nail olmaq istəyirsə müzakirələrlə bağlı mövqeyinə düzəliş etməlidir. 

 

Teqlər