Moqadişoda güclü partlayış \ Hökumət rəsmiləri həlak oldu
https://azeri.sahartv.ir/news/dünya-i366055-moqadişoda_güclü_partlayış_hökumət_rəsmiləri_həlak_oldu
Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib. Ölənlər arasında dövlət rəsmilərinin olduğu bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2020 15:43 Asia/Baku
  • Moqadişoda güclü partlayış \ Hökumət rəsmiləri həlak oldu

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib. Ölənlər arasında dövlət rəsmilərinin olduğu bildirilir.

Səhər Azəri bildirir ki, bu gün Somalinin paytaxtı Moqadilşoda güclü partlayış baş verib. 

Röyters-in məlumatına görə partlayış Lido sahilində yerləşən Eliot otelində baş verib. Partlayışın ardınca hadisə yerindən güllə səsləri eşidilib. 

Moqadişo polisi partlayışı təsdiq etsə də hadisənin təfərrüatı, ölü və yaralıların sayı barədə dəqiq məlumat verməyib. 

Son məlumatlara görə hadisədə bir neçə dövlət rəsmisi həyatını itirib.