Avq 17, 2020 13:12 Asia/Baku
  • Dominik Raab: “Belarusdakı seçkilərin nəticələrini tanımırıq”

Böyük Britaniya Belarusda keçirilmiş prezident seçkilərinin nəticələrini tanımır.

Səhər Azəri bildirir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri məlumat verib.

Britaniya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin verdiyi məlumata görə  nazir Dominik Raab deyib: “Böyük Britaniya seçkilərin nəticələrini qəbul etmir. Biz təcili olaraq seçkilərin ədalətsiz olmasına səbəb olmuş nöqsanlar, habelə repressiyalar barədə ATƏT vasitəsilə müstəqil araşdırmaq aparmalıyıq. Britaniya beynəlxalq tərəfdaşları ilə birlikdə məsuliyyət daşıyanları cəzalandırmaq və Belarus hakimiyyətini məsuliyyətə cəlb etmək üçün çalışacaq”.

 

Teqlər