Avq 18, 2020 09:35 Asia/Baku
  • Lukaşenko ölkədə yeni prezident seçkilərinin keçirilə biləcəyini deyib

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə yeni prezident seçkilərinin keçirilə biləcəyini deyib.

SəhərAzəri RİANovosti-a istinadla xəbə verir, Lukaşenko bildirib ki, yeni Konstitusiya qəbul edildikdən sonra prezident seçkiləri yenidən keçirilə bilər.

O, yenilənmiş Konstitusiyanın üçüncü variantı üzərində iş aparıldığını söyləyib.

Dövlət başçısı Minsk Təkərli Yedək Maşınları Zavodunun işçiləri ilə görüşdə qeyd edib ki, ona artıq Konstitusiyanın iki variantı təklif edilib, lakin o, onları rədd edib, çünki onlar hazırkı Konstitusiyadan az fərqlənir.

Onun sözlərinə görə, əsas qanunun yeni versiyasında hakimiyyət səlahiyyətlərinin yenidən bölüşdürülməsini nəzərdə tutan müddəalar ola bilər.

Lukaşenko sonda səlahiyyətlərini paylaşmağa hazır olduğunu deyib.

 

Teqlər